Xəzər Xəbər

Bölgələrdə baş verən qəzalarda xeyli sayda insan yaralandı VİDEO

Veb TV | 22:00 • 12 İyul 2024
Bölgələrdə baş verən qəzalarda xeyli sayda insan yaralandı

Traktor yolu keçmək istəyən velosipedçini vurub...

Xezerxeber.az xəbər veri ki, Göyçayda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mürşüd İsmayılov idarə etdiyi traktorla yolda hərəkətdə olarkən yolu keçmək istəyən velosipedçi, 61 yaşlı Azad Soltanovu  vurub. Azad Soltanov aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb.

Növbəti  qəza  xəbəri isə Sumqayıtdan gəlib. Marşrut avtobusu, yük maşını ilə toqquşub.

3 nömrəli marşrut avtobusunun "TIR"la toqqması nəticəsində 12 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.Onlardan 1-nin vəziyyəti  ağırdır.

Hacıqabul rayonunun Qarasu kəndi ərazisində isə zəncirvari qəza olub.

Qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub. Hadisə  nəticəsində 9 nəfər xəsarət alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar