Xəzər Xəbər

Paytaxt yollarındakı elektron lövhələr NİYƏ İŞLƏMİR? VİDEO

Veb TV | 21:30 • 12 İyul 2024
Paytaxt yollarındakı elektron lövhələr NİYƏ İŞLƏMİR?

Tıxaclardan sürücüləri xəbərdar etmək üçün quraşdırılan elektron məlumat lövhələrinin bəziləri ya öz funksiyasını tam yerinə yetirmir, ya da ümumiyyətlə istismar müddətini başa vurub.

Xezerxeber.az-ın xəbərinə görə, sürücülər isə bildirirlər ki, mövcud vəziyyətdə elektron lövhələr paytaxt yollarında sürücülərin nəqliyyatın hərəkətinin intensiv olduğu ərazilərə girməmək üçün quraşdırılmalıdır.

Ekspertlər isə bildirirlər ki, istismar müddətini başa vurmuş elektron məlumatverici lövhələri təmir etmək əvəzinə daha müasir, çoxfunksiyalı proqram təminatını tərtib etmək mümkündür

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, Paytaxtın bəzi yollarında olan Məlumat İnformasiya və SürətTablolarının çox hissəsi hazırda işlək vəziyyətdə olsa da bəziləri texniki səbəblərdən işləmir. Ümumilikdə həmin tabloların bir çoxu istismar müddətini başa vurub.

Mərkəz tərəfindən bu tabloların müasirləri ilə yenilənməsi istiqamətində işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar