Xəzər Xəbər

Bakıda yenə binanın lifti qırıldı – DETALLAR VİDEO

Veb TV | 21:21 • 12 İyul 2024
Bakıda yenə binanın lifti qırıldı – DETALLAR

Çoxmərtəbəli binanın lifti qırıldı, iki nəfər xəstəxanalıq oldu.

Xezerxeber.az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən bu  binanın birinci blokundakı liftə baş verib.

Hətta liftə qarşılaşdığımız sakin bildirdi ki, hadisədən əvvəl o da eyni liftlə aşağı düşüb.

Hadisə baş verdikdən sonra həmin iki nəfər liftə qalıb. Dərhal faktla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Əraziyə təcili yardım gəlib. Xəsarət alan 35 və 45 yaşlı iki kişi liftdən sağ çıxarılıb və xəstəxanaya çatdırılıb.

Bina təxminən 12 il bundan əvvəl ''Lalə'' MTK tərəfindən inşa edilib. Binanın mühafizəçisi bildirdi ki, onların liftlərində tez-tez nasazlıq baş verməyib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı TƏBİB də açıqlama yayıb. Bildirilir ki, 35 yaşlı şəxsə qapalı kəllə-beyin travması, 45 yaşlı şəxsə isə  sol budun və topuğun travması diaqnozu qoyulub. Onlar sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti