Xəzər Xəbər

Bakıda 400-dən çox ailə yaşadığı mənzillərə çıxarış ala bilmir – ŞİKAYƏT VİDEO

Veb TV | 21:15 • 12 İyul 2024
Bakıda 400-dən çox ailə yaşadığı mənzillərə çıxarış ala bilmir – ŞİKAYƏT

Yüzlərlə sakin, illərdir yaşadıqları mənzilə çıxarış ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu ərazisində yerləşən Park City yaşayış kompleksindən gedir. Bina sakinləri deyir ki, mənzillərinə çıxarışın niyə verilmədiyini onlara deyən yoxdur. Tək eşitdikləri cavab məsələnin həll olunacağıdır.

Sakinlərin səsləndirdiyi problemlə bağlı yaşayış kompleksinin nümayəndəsi ilə danışdıq. Lakin bizə verdikləri cavab da sakinlərə deyilənlə eyni oldu.

Ümid edirik ki, bizə verilən vəd sakinlərə verilən sözlə eyni olmaz. Əks  halda  yaşayış kompleksinin sakinləri uzun müddət  gözləməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti