Xəzər Xəbər

Dənizdə batan 3 yeniyetmə ilə bağli TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:05 • 12 İyul 2024
Dənizdə batan 3 yeniyetmə ilə bağli TƏFƏRRÜATLAR

15 yaşlı Anar Aslanov, onun qardaşı, 16 yaşlı Abid Aslanov və  qohumu, 17 yaşlı Ağaşirin Ağayev Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi yaxınlığındakı nəzarətsiz ərazidə batıb.

Xezerxeber.az xəbər verir ki, saatlardır axtarışların aparılmasına baxmayaraq nə, 15 və 16 yaşlarında olan qardaşlar Amid və Anardan, nə də onların qohumları 17 yaşlı Ağaşirindən xəbər var.

Ərazi çimmək üçün qadağan edilən ərazidir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəsmisi də bildirib ki, nəzarətsiz qeyri-çimərliklərə getmək, həmçinin küləkli hava şəraitində və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir, tövsiyə edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti