Xəzər Xəbər

Bəzi restoranlar onlayn yemək sifarişi zamanı xidməthaqqı tələb edirlər VİDEO

Veb TV | 19:51 • 11 İyul 2024
Bəzi restoranlar onlayn yemək sifarişi zamanı xidməthaqqı tələb edirlər

Azərbaycanda bəzi restoranlar onlayn yemək sifarişi zamanı xidməthaqqı tələb edilir.

Xezerxeber.az-ın məlumatına görə, həmin restoranlar tərəfindən seçilən yeməyin qiymətindən əlavə üzərinə 20% xidməthaqqı qoyulur.

Bununla yanaşı, əvvəllər 5-10% civarında olan xidməthaqqı da durmadan artır. İndi bəzi restoranlarda müştəridən sifarişdən əlavə 20, hətta 25% xidməthaqqı tələb edilir.

Ekspert Xalid Kərimli deyir ki, restoran, iaşə xidmətələri, turizm obyektləri öz məhsul və xidmətlərinin qiymətlərini təyin etməkdə sərbəstdirlər. Bu sektorda qiymətlər tənzimlənmir. Bununla belə, mütləq qaydada yazılı və ya şifahi şəkildə xidməthaqqının olması barədə müştərinin məlumatlandırılması əsas şərtdir.

Ekspert xidməthaqqının günü-gündən artırılmasını isə bir neçə səbəblə izah edib. O deyib ki, əslində, bəzi sahibkarlar burada satdıqları yeməklərin qiymətini ucuz göstərirlər. Onlar həmin məbləği xidməthaqqı ilə kompensasiya edirlər.

Onun sözlərinə görə, vətəndaşlar bu kimi xidmət obyektlərinə öz etirazlarını müxtəlif cür edə bilərlər.

Qanunvericiliyə görə, müştəriyə əvvəlcədən məlumat verilməyibsə, vətəndaş xidməthaqqını ödəməyə bilər.

O da bildirilir ki, restoranlarda tələb edilən xidməthaqqı çox zaman ofisiantlara deyil, sahibkarlara qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar