Xəzər Xəbər

Hotellərdə qiymətlər kəskin artıb VİDEO

Veb TV | 20:50 • 11 İyul 2024
Hotellərdə qiymətlər kəskin artıb

Hotellərdə noyabr ayı üçün olan qiymətlər kəskin artıb. 

Xezerxeber.az-ın məlumatına görə, 11-22 noyabr tarixlərində Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar olaraq hotel qiymətlərində 3-4 dəfə artım müşahidə edilir.

Hətta hotellərdə 4 ay sonra üçün yerlərin 80-90 fazi rezerv edilib. Hotellərlə yanaşı, hostəllərdə də yerlər dolub.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyi COP29-la əlaqədar Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərdə monitorinqlər aparıb. Bəzi hotellərdə uyğunsuzluqlar aşkar edilib.

Verilən 3 aylıq müddət bitdikdən sonra həmin hotellərdə yenidən yoxlamalar aparılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti