Xəzər Xəbər

Bankların "qara siyahı"sından necə çıxmaq olar? – Ekspert MƏSLƏHƏTİ VİDEO

Veb TV | 11:22 • 11 İyul 2024
Bankların "qara siyahı"sından necə çıxmaq olar? – Ekspert MƏSLƏHƏTİ

Vətəndaşın kredit tarixçəsi onun bank üçün problemli müştəri olub-olmamasından xəbər verir.

Xezerxeber.az xəbər verir ki, banklar şəxsin əvvəlki ödənişində hər hansı problem olduğunu görəndə, əksər hallarda həmin şəxsə kredit verməkdən imtina edir.

Maliyyə və bank məsələləri üzrə ekspert Emin Kərimov isə deyir ki, bankların ayrıca "qara siyahı"sı yoxdur. Ümumi reyestr var və orda vətəndaşın kredit tarixçəsi toplanır.

Ekspert bildirir ki, bəzən də vətəndaşların məsuliyyətsizliyindən yox, obyektiv səbəblərdən ödənişlərdə problem yaranır. Bu halda dərhal banka müraciət etmək və alternativ variantlar tapmaq lazımdır.

Kredit tarixçəsi korlanmış şəxslərin də bunu aradan qaldırması üçün üsullar var.

Mütəxəssis bildirir ki, "qara siyahı"dan çıxmağın ən sadə həll yolu yaxşı girov qoymaqla, yaxud yüksək maaşı olan şəxsi zamin etməklə yenidən kiçik kredit götürməkdir. Ödənişlər vaxtında həyata keçirilsə, bu, vətəndaşın kredit tarixçəsinə müsbət olaraq yazılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar