Xəzər Xəbər

Dövlət qurumunun fəaliyyətini dayandırdığı yataqlarda yenidən işlər BAŞLANDI VİDEO

Veb TV | 21:45 • 10 İyul 2024
Dövlət qurumunun fəaliyyətini dayandırdığı yataqlarda yenidən işlər BAŞLANDI

Fəaliyyəti dayandırılan yataqlarda yenidən işlərə başlanılıb...

Xezerxeber.az xəbər verir ki, bu dəfəki reydlərdə media nümayəndələri də iştirak edirdilər. Agentlikdən verilən məlumata görə, əhəngdaşı yatağında qanunsuz istismar fəaliyyəti aşkarlandıqdan sonra, iş dayandırılıb. Lakin ərazidə bəzi işçilərin olduğunun şahidi olduq..

Bir neçə müddət əvvəl  qanunsuz istismar fəaliyyəti aşkarlanmış "Türkan-II" əhəngdaşı yatağına da baxış keçirildi.

Agentlikdən bildirildi ki, hər iki yataqda qanunsuz fəaliyyətlə bağlı şikayətlər daxil olub.

Bildirilirb ki, agentlik yer təkindən istifadə üzrə müntəzəm hərraclar elan edir. Sahibkarlar müvafiq qaydalar üzrə tələb olunan sənədləşmə şərtlərini yerinə yetirməklə bu hərraclarda iştirak edə, dağ-mədən sahəsində qanunvericiliyə uyğun istismar fəaliyyətlərini icra edə bilərlər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar