Xəzər Xəbər

Son günlər çoxalan göz xəstəliklərinin səbəbi nədir? – AÇIQLAMA VİDEO

Veb TV | 21:30 • 10 İyul 2024
Son günlər çoxalan göz xəstəliklərinin səbəbi nədir? – AÇIQLAMA

Son günlər xəstəxanalara göz quruluğu, göz yaşarması kimi konyuktivit əlamətləri ilə şikayət edənlərin sayı artıb.

Xezerxeber.az-ın xəbərinə görə, həkimlər bildirir ki, xüsusilə yay aylarında göz xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb.

Bu xəstəliklərin sağalama müddəti isə əlamətlərə görə 10 gündən 3 həftəyə qədər çəkə bilir.

Qeyd olunan göz xəstəlliklərinin simptomları olan şəxslər isə həkim təyinatına əsasən göz damcılarından, eyni zamanda eynəkdən istifadə etməlidirirlər.

Bununla yanaşı uzun müddət davam edən qusma, yüksək hərarət və ishalla müşahidə edilən virus simptomları ilə müraciət edənlərin sayı da artıb. Həkimlər deyir ki, istər uşaqlar, istərsə də də böyüklər arasında yayılan bu xəstəlik rotavirus infeksiyasıdır və sağalma müddəti 10 gündür.

Qeyd olunur ki, xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu simptomlardan əziyyət çəkir, belə olan halda insan bol maye qəbul etməli və pəhriz saxlamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti