Xəzər Xəbər

Azərbaycana xaricdən gətirilən qida əlavələri ilə bağlı PROBLEM - Sahibkarlar NARAZIDIR VİDEO

Veb TV | 21:20 • 10 İyul 2024
Azərbaycana xaricdən gətirilən qida əlavələri ilə bağlı PROBLEM - Sahibkarlar NARAZIDIR

Xaricdən Azərbaycana qida əlavələri gətirən sahibkarlar ciddi problemlə üzləşiblər. Sahibkarlar iddia edilər ki, ölkəyə gətirdikləri qida əlavələri səhiyyə nazirliyi tərəfindən təsdiqləsə də, AQTA-nın laboratoriyasında tam fərqli qərar verilib. Həmin qida əlavələri aqta-nın labaratoriyasından müsbət rəy almayıb.

"Xəzər Xəbər"ə müraciət edən sahibkarlar bildirirlər ki, bu ilin may ayından bu günə qədər təxmini 600 adda biloloji fəallığa malik qida əlavələri fərqli ölkələrdən Azərbaycana idxal olunub. Əlavənin ölkədə satışını həyata keçirmək istəsələr də bu, müsbət nəticələnməyib.

Sahibkarlar deyir ki, lobaratoriyadakı yoxlanışlar zamanı çıxan neqativ cavab onlara maddi olaraq ciddi ziyan vurur.

Məsələ ilə bağlı AQTA-nın şöbə müdiri Mansur Piriyev “Xəzər Xəbər”ə deyib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən mərkəzin səlahiyyətlərinə yalnız təqdim edilən biloloji fəallığa malik qida əlavələrinin nümunələrinin dərman vasitəsi olub-olmaması barədə rəy verilməsi daxildir. Bəs hazırda şikayətçi olan şirkətlərə müsbət rəy verilibmi? - sualına qurumdan bildirdilər ki, onların bunu açıqlamaq səlahiyyətləri yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti