Xəzər Xəbər

Parlament seçkilərində bu hal yaşansa cəza tətbiq ediləcək – AÇIQLAMA VİDEO

Veb TV | 22:00 • 10 İyul 2024
Parlament seçkilərində bu hal yaşansa cəza tətbiq ediləcək – AÇIQLAMA

MSK sədri seçki komissiyalarına xəbərdarlıq edib.

Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasın sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, seçkidə insanlarla düzgün davranmayan, Seçki Məcəlləsinin tələblərini pozanlar cəzalandırılacaq. Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayının artacağı vurğulanıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev isə deyib ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın. Bununla yanaşı seçkiqabağı bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Səsvermə hüququ olan seçicilərin sayı da açıqlanıb.

Daxili işlər nazirinin müavini Oqtay Kərimov isə bildirib ki seçki günü Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq.

Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti