Xəzər Xəbər

Yeni tədris ilinin dərslikləridə YENİLİKLƏR OLACAQ? VİDEO

Veb TV | 21:02 • 10 İyul 2024
Yeni tədris ilinin dərslikləridə YENİLİKLƏR OLACAQ?

Sentyabr ayından etibarən məktəblərdə dörd fənn yeni məzmunda tədris olunacaq.

Xezerxeber.az-ın xəbərinə görə, Elm və Təhsil Nazirliyinin yeni qərarına əsasən 6-cı  sinif üzrə coğrafiya, 7-ci sinif üzrə isə kimya, fizika, biologiya fənlərinin tədrisində dəyişikliklər nəzərdə tutulur. Belə ki, həmin dərsliklərdə əldə edilən nəzəri biliklərin praktiki olaraq tətiq olunması üçün dərsliklərdə olan mövzular sadələşdiriləcək. Bu isə öz növbəsində əldə edilən biliklərin şagirdlər tərəfindən  daha aydın şəkildə qavranılmasına şərait yaradacaq.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova onu da əlavə etdi ki, yeni məzmunda yalnız fənlərin tədrisi ilə bağlı qaydalar deyil, eyni zamanda kitabların çəki baxımından ağırlığının azaldılması məsələsi də nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar