Xəzər Xəbər

Bakıda küçələrdə gecələyən kişi nəzarətə götürüldü VİDEO

Veb TV | 21:10 • 9 İyul 2024
Bakıda küçələrdə gecələyən kişi nəzarətə götürüldü

Bakıda 66 yaşlı kişi günlərdir ki, küçələrdə gecələyir. İddialara görə, Akif Əliyev bir müddət Moskva şəhərində yaşayıb. Sonra isə deport olunaraq Azərbaycana göndərilib. Lakin burada onu qarşılayacaq kimsəsi olmadığı üçün Sosial Xidmətlər Agentliyi tərəfindən hava limanından birbaşa olaraq Sabunçu rayonu, 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Sakinlər həmçinin  bildirir ki, Akif Əliyev bir müddət də Binə qəsəbəsində yerləşən 4 saylı şəhər xəstəxanasında bir neçə gün müalicə alıb. Akif Əliyevin özünü danışdırmağa çalışsaq da, heç bir informasiyanın yadında qalmadığını bildirdi. Onun hətta şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur.

Akif Əliyevin sosial sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Müracətimizdən sonra Agentliyin Bakı filialının əməkdaşları olduğumuz əraziyə gəldilər və Akif Əliyevi tibb müəssisəsinə apardılar.

Təcili tibbi yardım xidmətinin verdiyi məlumata əsasən, Akif Əliyev tibbi müayinə üçün əvvəlcə Sabunçu rayonunda yerləşən tibb müəssisəinə, daha sonra isə Kliniki Tibbi Mərkəzə aparılacaq. Müayinələrdən sonra isə onun sosial sığınacağa yerləşdirilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar