Xəzər Xəbər

Bəzi sosial şəbəkə istifadəçiləri qumar və mərc oyunlarını təbliğ edirlər VİDEO

Veb TV | 19:34 • 9 İyul 2024
Bəzi sosial şəbəkə istifadəçiləri qumar və mərc oyunlarını təbliğ edirlər

Sosial şəbəkələrdə qumar və mərc oyunlarını təbliğ edən şəxslərin sayı artmaqda davam edir.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkə fenomenləri və blogerlərə aid səhifələrdə keçirilməsi qadağan edilən və ya keçirilmə hüququ əldə edilməmiş lotereyaların, mərc və qumar oyunlarının reklamları yayımlanır.

Ekspertlər deyirlər ki, belə yollarla pul qazanmaq istəyənlər təbliğini etdikləri reklamlarla bağlı məsuliyyətə cəlb edilə bilərlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar sözügedən reklam növlərindən uzaq durmalıdırlar.

Qumar oyunlarının reklamı ilə bağlı bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də sosial şəbəkə fenomenləri və blogerlərə xəbərdarlıq edib. Bildirilib ki, qurum tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır. Həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti