Xəzər Xəbər

"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır VİDEO

Veb TV | 10:41 • 9 İyul 2024
"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır

Qazaxıstanda "Birləşdik - 2024" təlimində iştirak edəcək Azərbaycan hərbçiləri artıq bu ölkədədir.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstana çatıblar.

Qeyd edilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, iyulun 11-dən etibarən Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Xəbər lenti

Çox oxunanlar