Xəzər Xəbər

Yay aylarında rayonlarda tez-tez baş verən sürüşmə hallarının səbəbi nədir? - Mütəxəssislər AÇIQLADI VİDEO

Veb TV | 21:52 • 8 İyul 2024
Yay aylarında rayonlarda tez-tez baş verən sürüşmə hallarının səbəbi nədir? - Mütəxəssislər AÇIQLADI

Son zamanlar aktivləşən sürüşmə-sel hadisələri ciddi narahatlıq doğurur.

Xezerxeber.az xəbər verir ki, mütəxəssislər isə bununla  bağlı  xəbərdarlıq  edirlər.

Bu arada yüksək sürüşmə riski olan ərazilərin siyahısı açıqlanıb.

Coğrafiya institutunun şöbə müdiri Mirnuh İsmayılovun sözlərinə görə, sürüşmə zonaları ilə bağlı elm adamlarının xəbərdarlığını icra orqanları nəzərə almalıdır.

Şöbə müdiri qeyd edib ki, sürüşmələr sellərin də yaranmasına gətirib çıxarır. Bu da təhlükəni daha da artırır. Sürüşmə materialları çayın dərəsinə dolur, çay axını nizamını pozur. Belə halda sellə sürüşməni ayırmaq çətin olur.

Şöbə müdirinin sözlərinə görə, Daşkəsən eləcə də Şəmkirin Kür çayı sahilində də təhlükəli vəziyyət davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar