Xəzər Xəbər

Şəkidə selin yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT VİDEO

Veb TV | 21:49 • 8 İyul 2024
Şəkidə selin yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT

Sel sularının yaratdığı fəsadlar davam edir.

Xezerxeber.az xəbər verir ki, Şəkidə Kiş çayının kənarında olan Ağ Qaya bağçılıq massivi təhlükə altındadır. Torpaq qatı yuyularaq vətəndaşların bağlarını məhv edir. Çaya gələn sel məcrasını xeyli genişləndirib. Eyni zamanda Sakinlərin bağlarına getməyə yolu da yoxdur.

Vəziyyətlə əlaqədar Şəki suvarma Sistemləri idarəsindən bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən uzunluğu 34 km olan Kiş çayının kənarında 100 metr o cümlədən sözügedən  ərazinin bir hissəsi də çayın mühafizə zolağına aiddir. Hazırda Qurum daxili imkanlar hesabına ərazidə müəyyən işlər görür.

O da  qeyd edilib ki,  bir sıra qurumlara mühafizə bəndinin qurulması haqda müracət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar