Xəzər Xəbər

Xaricdə tibb təhsili alan şəxslər diplomlarının rezidenturasız tanınmasını istədilər – RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:18 • 8 İyul 2024
Xaricdə tibb təhsili alan şəxslər diplomlarının rezidenturasız tanınmasını istədilər – RƏSMİ CAVAB

Xaricdə tibb təhsili almış bir qrup şəxs diplomlarının tanınmasını istəyir.

Xezerxeber.az-ın xəbərinə görə, onlar deyir ki, Azərbaycanda diplomları təsdiqlənmədiyi üçün işləyə bilmirlər.

Cavid Həsənli bildirir ki, Kazan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 2018-2020-ci illərdə isə orada ordinatura-onkologiya üzrə təhsil alıb. 2021-23-cü illərdə Kazandakı dispanserdə onkoloq işləyib. Ötən ilə digər ölkələrdə təhsil alan tibb tələbələri üçün Azərbaycanda klinik ordinatura imtahanının keçirildiyini eşitdikdə isə işdən çıxaraq vətənə qayıdıb.

Şikayətçilər deyirlər ki, ötən il bu cür imtahan keçirilib və təxminən 200 həkim orada iştirak edib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar