Xəzər Xəbər

Bakıda gecə marketdə ödəmə terminalının talandığı hadisə ilə bağlı DETALLAR VİDEO

Veb TV | 21:00 • 8 İyul 2024
Bakıda gecə marketdə ödəmə terminalının talandığı hadisə ilə bağlı DETALLAR

Maska taxıb marketə basqın edən şəxslər ordan ödəmə terminalını oğurlayırlar.

Xezerxeber.az xəbər verir ki, bütün olanlar isə ərazidəki müşahidə kameralarına düşüb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Minik avtomobili ilə gələn iki nəfər əvvəlcə mağazanın qapısını qırırır. Bir gözqırpımında terminalı söküb avtomobilin yük yerinə qoyaraq ərazidən uzaqlaşırlar.

Ödəmə terminalını oğurlayıb hadisə yerini tərk edən zaman qəzaya düşən şəxslər polislər tərəfindən saxlanıb. Onlar  əvvəllər məhkum olunan Şamxal Qarayev, Kamil Əliyev və Rəsul Rzayevdir.

Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi ilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq Kamil Əliyevin avtomobilinə bağlayıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar