Xəzər Xəbər

İkinci əl geyimlərini alanlara XƏBƏRDARLIQ - Xəstəliklər yaradadır VİDEO

Veb TV | 21:40 • 7 İyul 2024
İkinci əl geyimlərini alanlara XƏBƏRDARLIQ - Xəstəliklər yaradadır

"Ölən şəxslərin geyimləri satılır", "bu geyimlərdən insanlara xəstəlik keçir"...

Sosial şəbəkərdə paylaşılan bu kimi fikirlər ikinci əl geyimlərə aiddir. Lakin nə qədər belə düşünən insanlar olsa da ikinci əl geyim mağazalarından alış-veriş edənlər də az deyil. 

“Xəzər Xəbər” olaraq paytaxtda bu cür geyimlərin satışı ilə məşğul olan bir neçə mağazada olduq.

Mağaza əməkdaşlarının sözlərinə görə ötən dövrlərə nisbətdə geyimlərə tələbat artıb.

Satıcılar deyir ki, həm də bura üz tutan alıcıların çoxu eyni geyimi birinci əldən almağa imkanı olanlardır.

Brend, amma ikinci əl olan, qiyməti isə birinci əl məhsuldan 10 dəfə ucuz olduğu deyilən bu geyimlər Azərbaycana daha çox Hollandiyadan gətirilir

İkinci əl geyimlərin təmizlənmə işinə gəldikdə isə həkim dermatoloqlar deyir ki, bu geyimləri alarkən ilk olaraq gigiyenik sertifikat tələb etmək lazımdır.

Bu geyimlər xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunaraq təmizləndiyi üçün dəridə müxtəlif problemlər, qıcıqlanma, allergik reaksiyalar, demodeks, qoturluq gənələri, göbələk xəstəlikləri yarada bilər.

Əgər bu cür geyimlər alınarsa, mütləq bir neçə gün açıq havada saxlamaq lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar