Xəzər Xəbər

Avtobuslarda kart sisteminə keçid: Yeddi ildir ki, başlayan proses hələ də bitməyib VİDEO

Veb TV | 21:33 • 7 İyul 2024
Avtobuslarda kart sisteminə keçid: Yeddi ildir ki, başlayan proses hələ də bitməyib

2018-ci ildən paytaxtda marşrut avtobuslarının kart sisteminə keçidi başlasa da, hələ də ödənişi nağd şəkildə həyata keçirən avtobuslar kifayət qədərdir.

Xezerxeber.az xəbər verir ki, hazırda marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Bəzi sərnişinlər isə bu fikirdədirlər ki, kartla ödəniş sisteminin olmaması onlar üçün çətinlik yaradır.

Sürücülərin bəziləri kart sisteminə keçidin tərəfdarı olsalar da, bəziləri deyir ki, bu sistemə keçid onları qane etmir.

Məsələ lə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ümumilikdə paytaxtda 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür.

Hazırda fəaliyyət göstərən marşrutların 64 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar