Xəzər Xəbər

İsmayıllıda yaşayış evi YANDI VİDEO

Veb TV | 22:22 • 7 İyul 2024
İsmayıllıda yaşayış evi YANDI

Yaşayış evi yanıb, 2 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın xəbərinə görə, hadisə gecə saatlarında İsmayıllının Qalınçaq kəndində, Bəhmən Bayramova məxsus evdə baş verib.

Hadisə zamanı 2 nəfər - ev sahibi 65 yaşlı Bəhmən Bayramov və həyat yoldaşı, 55 yaşlı Nəzakət Bayramova əllərinin yanığı və zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yanğın nəticəsində ev sahibinə məxsus toyuq-cücə də tələf olub. Hadisə yerinə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb. 

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar