Xəzər Xəbər

İsti havada yola çıxanlar nə etməlidir? – Tanınmış ustadan MƏSLƏHƏT VİDEO

Veb TV | 21:05 • 7 İyul 2024
İsti havada yola çıxanlar nə etməlidir? – Tanınmış ustadan MƏSLƏHƏT

Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Xezerxeber.az-ın xəbərinə görə, bildirilir ki, hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.

Yüksək temperatur insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır.  Bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülər diqqətli olmalıdırlar.

Avtomobil ustası Sahil Ağabəyli xüsusilə isti havada sürücülərin avtomobildə diqqət etməli olduğu məsələlər barədə danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti