Xəzər Xəbər

Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? – ARAŞDIRMA VİDEO

Veb TV | 20:52 • 7 İyul 2024
Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? – ARAŞDIRMA

Azərbaycan Türkmənistandan pomidor alışını kəskin artırıb.

Xezerxeber.az xəbər verir ki, hazırda marketlərdə pomidorun kiloqramı 1.50 qəpik-3 manat arası dəyişir. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Türkmənistandan 304,9 min dollar dəyərində 548 ton pomidor idxal edib. Bu dövrdə Türkmənistandan Azərbaycana idxal edilən pomidorun 1 kiloqramının idxal qiyməti 95 qəpik olub.

İstisadçı ekspert Xalid Kərimli ixracatın və idxalın daxili bazardakı  qiymətə təsiri barədə danışıb. Bildirib ki, sahibkar xarici bazarla daxili bazardan qazandığı gəlirləri müqayisə edir. Xarici bazardan daha çox qazanarsa, məhsulu daxili bazara çıxarmır.

Azərbaycan özü də iri pomidor ixracatçısıdır və xaricə böyük həcmdə pomidor ixrac edir. Yəni, xaricə satılan pomidorun 1 kiloqramının ixrac qiyməti 2,31 manat təşkil edib.

Ekspert deyir ki, ixracat olduqda da təbii ki, qiymət qalxır. Daxili bazarda isə məhsulun həcmi azalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti