Xəzər Xəbər

Ağsuçayda sel qorxusu – Tədbir görülməsə evlərə CİDDİ TƏHLÜKƏ VAR VİDEO

Veb TV | 20:45 • 7 İyul 2024
Ağsuçayda sel qorxusu – Tədbir görülməsə evlərə CİDDİ TƏHLÜKƏ VAR

Bir neçə gün öncə yağan aramsız yağışlardan sonra Ağsuçayda yaranan sel fəsadlar yaradıb. Çayın kənarlarındakı torpaq qatları uçaraq ətrafdakı evlərə yaxınlaşıb.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, vaxtında tədbir görülməsə, evlər üçün ciddi təhlükə yaranacaq. Bundan əlavə, çayın üzərində olan körpünün də zədələndiyi bildirilir.

Məsələ ilə bağlı Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, fəsadlarla bağlı komissiya yaradılıb. Ağsu və Girdiman çaylarının keçdiyi ərazilərin hansında fəsad varsa, monitorinq qrupu tərəfindən qeydə alınıb.

Məsələ ilə bağlı həm icra hakimiyyəti, həm də idarə tərəfindən aidiyyəti qurumlara məktub göndərilib. Yaxın vaxtlarda yəqin ki, bir daha baxış keçirilib nəticələrinə və fəsadların aradan qaldırılmasına dair tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti