Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ VİDEO/YENİLƏNİB

Veb TV | 19:11 • 7 İyul 2024
Bakıda yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ

Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binada yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

17:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, əlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Xəbər lenti

Çox oxunanlar