Xəzər Xəbər

Novxanıda bağ evində baş verən oğurluğun TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:30 • 6 İyul 2024
Novxanıda bağ evində baş verən oğurluğun TƏFƏRRÜATLARI

Sumqayıtda mənzildən külli miqdarda pul oğurlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal əməliyyat istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Novxanı bağlar sahəsində evdən 47 min 600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunub və saxlanılıb.

Goranboyda da oğurluq hadisəsi olub. Rayon sakininə məxsus evdən 15 min 000 dollar və dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar