Xəzər Xəbər

Tovuzda müəllimlər məktəblərinin liseyə çevrilməsinə qarşıdır - ŞİKAYƏT VİDEO

Veb TV | 21:15 • 6 İyul 2024
Tovuzda müəllimlər məktəblərinin liseyə çevrilməsinə qarşıdır -  ŞİKAYƏT

Məktəb liseyə çevrilir, ibtidai siniflər ləğv edilir.

Xezerxeber.az xəbər verir ki, bu qərar həmin məktəbdə dərs deyən müəllimlərin narazılığına səbəb olub.

Söhbət Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdən gedir. Yeni qərara əsasən, bu məktəbin müəllimləri fəaliyyətlərini Tovuz şəhər A. S. Puşkin adına tam orta məktəbdə davam etdirəcəklər. Məktəbdə növbəti tədris ilinə qəbul da dayandırılıb.

Müəllimlər onu da deyirlər ki, məktəbdə təhsil alanlar arasında rayon mərkəzi ilə bərabər, ətraf kəndlərdən gələn şagirdlər də çoxluq təşkil edirlər. Bu dəyişiklik həmin şagirdlər üçün də problem yarada bilər.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən münasibət öyrənməyə çalışdıq. Lakin müraciətimizin üzərindən 7 gün keçməsinə baxmayaraq, qurumdan açıqlama verilmədi. Ümid edirik ki, məsələ aidiyyəti üzrə öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar