Xəzər Xəbər

Parlament seçkilərində deputatlığa namizədliyi irəli sürülən şəxslərin sayı AÇIQLANDI VİDEO

Veb TV | 22:00 • 6 İyul 2024
Parlament seçkilərində deputatlığa namizədliyi irəli sürülən şəxslərin sayı AÇIQLANDI

Azad edilən ərazilərdə yeni seçki məntəqələri yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, hazırda azad edilmiş ərazilərdə seçki məntəqələrinin sayı 26-dır. Böyük Qayıdış" prosesi davam edir, məntəqələrin sayı artacaq. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O həmçinin bildirib ki, indiyədək 86 nəfər deputatlığa namizədliyini irəli sürüb

Həmçinin, Ümid, Böyük Qurtuluş, Demokratik İslahatlar, Ana Vətən, Klassik Xalq Cəbhəsi və Müsavat Partiyasının növbədənkənar seçkidə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar