Xəzər Xəbər

Azərbaycanda yay düşərgələri niyə əlçatan deyil? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:00 • 6 İyul 2024
Azərbaycanda yay düşərgələri niyə əlçatan deyil? – ARAŞDIRMA

Məktəblərdə yay tətili başlasa da, bəzi məktəblilər ancaq evdə dincəlirlər, çünki yay düşərgələri əlçatan deyil...

Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti Kamran Əsədov deyir ki, hazırda düşərgələrin sayı azdır və qiymətləri reallığı əks etdirmir. Onun sözlərinə görə, düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Həmin düşərgələrin 3 ay ərzində uşaq qəbul etmə imkanı 3400 nəfərdir.

Ekspert qeyd edib ki, uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər. Nabranda, Şüvəlanda digərləri ilə yanaşı, Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. əksər  valideynlər işlədikləri müəssisələrin həmkarlar ittifaqına pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları düşərgələrə böyük endirimlə getməlidir. Dünya təcrübəsində isə bu proses fərqli formada təşkil olunur.

Təhsil ekspertinin sözlərinə görə, yay düşərgələrinin qeyd olunan formada yaradılması həm də əlavə iş yerlərnin açıqlmasına təkan verə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar