Xəzər Xəbər

Bakıda polis əməkdaşları qadının həyatını xilas ediblər VİDEO

Veb TV | 22:02 • 5 İyul 2024
Bakıda polis əməkdaşları qadının həyatını xilas ediblər

Bakıda restoranın borusunda baş vermiş yanğının tüstüsü yaşayış binasını bürüyüb. Hadisə bu gün saat 15-30-da baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisədən xəbər tutan Nizami rayon post patrul xidmətinin polisləri sakinləri təxliyə ediblər. Həmin vaxt evdə yatılı vəziyyətdə tüstüdən zəhərlənən qadının da həyatını onlar xilas ediblər. 

Bina sakinləri aşağı, çıxışa doğru qaçarkən, polis əməkdaşları yuxarı mərtəbələrinə qalxaraq köməksiz qalan insanları axtarıblar. 

Zərərçəkən deyib ki, hadisədən xəbərsiz evdə yatılı olub. Evə tüstü dolarkən də heç nədən xəbər tutmayıb. 
Bildirilib ki, hadisə zamanı bir kişi də tüstüdən zəhərlənib. 
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 2 nəfərə yerində yardım göstərilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti