Xəzər Xəbər

Bakıda gənclər arasında mübahisə bıçaqlanma ilə bitdi VİDEO

Veb TV | 21:09 • 5 İyul 2024
Bakıda gənclər arasında mübahisə bıçaqlanma ilə bitdi

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə saat 12 radələrində, parklardan birində baş verib.

25 yaşlı Mürşüd Dəmirov aralarında yaranan mübahisə zamanı 23 yaşlı Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 22 yaşlı Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb.

Yaralılar dərhal Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Mərkəzin həkimi “Xəzər Xəbər”ə bildirib ki, onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs isə ərazidən qaçıb. Polis dərhal həmin şəxsin axtarışlarına başlayıb.

Hazırda faktla bağlı cinayyət işi açılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti