Xəzər Xəbər

Ağstafada balıq vətəgəsi daşıb, taxıl sahəsini su basıb - İDDİA və CAVAB VİDEO

Veb TV | 20:09 • 3 İyul 2024
Ağstafada balıq vətəgəsi daşıb, taxıl sahəsini su basıb - İDDİA və CAVAB

Ağstafa rayonunun Muğanlı kəndində vətəndaşa aid sahədə əkilən taxıl su altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, təsərrüfat sahibi Musa Nəbiyev iddia edir ki, onun əkin sahəsini su basmasının səbəbi həmkəndlisi olan dighər sahibkardır. Onun iddiasına görə, əkin sahəsinin kənarında sahibkar Rəhman Allahmanova məxsus balıq vətəgəsində su daşıb və nəticədə biçinə hazır olan taxıl su altında qalıb.

Hazırda Musa Nəbiyev ona dəyən ziyanın ödənilməsini tələb edir.

Mövcud vəziyyətlə bağlı kənd icra nümayəndəsi və adıçəkilən vətəgənin sahibi ilə də əlaqə saxladıq.

Sahibkar Rəhman Allahmanov bildirdi ki, Musa Nəbiyev taxılı köhnə göl yerində əkib. O, taxılın suyun altda qalmasını təbii fəlakət adlandırıb.

Kənd icra nümayəndəliyindən isə bildirildi ki, məsələdən xəbərdardırlar və hər iki tərəflə profilaktik söhbətlər  aparılıb. Əkin sahəsinə də baxış keçirilib. İddiaçı və iddia olunan tərəfin irəli sürdüyü məsələlər isə icra nümayəndəliyi səviyyəsində həllini tapmayıb. Məsələ yalnız hüquqi müstəvidə, məhkəmə qaydasında öz həllini tapmalıdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar