Xəzər Xəbər

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 20:25 • 3 İyul 2024
Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib

Sosial şəbəkə dələduzlarının hədəfi bu dəfə tələbələrdir. Tələbələrə kəsirlərinin silinəcəyi vədi verilərək, onlardan ödəniş istənilir.

Bunun üçün tələbələrin şəxsiyyət vəsiqələri və universitetlərdəki şəxsi kabinetlərinin kodu istənilir. Qarşılığında isə 35 manat ödəniş tələb edilir.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə paylaşılan bu elanlara yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki, müraciət edənlər çoxdur.

Ekspertlər isə deyirlər ki, semestr imtahanlarının balları təkcə elektron kabinetlərə deyil, universitetlərin rəsmi arxivinə də yerləşdirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, bu vədlərə inanan vətəndaşlar qarşı tərəfə bank kartı məlumatlarını ötürür və yaxud da göndərilən kart hesabına müəyyən məbləğdə vəsait daxil edirlər. Nəticədə hər iki haldan sonra vətəndaş kiberdələduzluqla üzləşirlər. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. Vətəndaşlardan belə problemlərlə bağlı müraciət daxil olduqda aidiyyəti üzrə araşdırmalar aparılır və tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti