Xəzər Xəbər

Beyləqan və Şəkidə ağır yol qəzaları: 6 nəfər həlak olub, yaralılar var VİDEO

Veb TV | 20:42 • 3 İyul 2024
Beyləqan və Şəkidə ağır yol qəzaları: 6 nəfər həlak olub, yaralılar var

Beyləqanda ağır yol-nəqliyyat hadisələrində 5 nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün gecə saatlarında Beyləqan rayonunda 3 yol-nəqliyyatı hadisəsi baş verib.

Qəzalarda 5 nəfər həyatını itirib, 5 nəfər ağır xəsarət alıb.

Qəzalardan biri Bəhrəmətəpə istiqamətindəki yolda olub. Balıq ovundan qayıdan şəxslərin avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Beyləqan rayonunun Şahsevən kənd sakinləri -  Məcid Ağayev və Nəsimi Əbilov dünyalarını dəyişiblər.

Rayon ərazisindəki başqa bir qəza da ölümlə nəticələnib. Hadisə nəticəsində Vəliyev Hafiz Fəyyaz oğlu ölüb.

Digər qəza isə Beyləqan şəhərinin mərkəzində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində tibb bacısı, 59 yaşlı Sabirə Məmmədova və onun həyat yoldaşı, 66 yaşlı Nizami Hüseynov hadisə yerində ölüblər. Bu qəzada 5 nəfər - digər sürücü və hər iki maşında olan sərnişinlər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şəkidəki qəza da ölümlə nəticələnib. Cəfərabad kəndi ərazisində idarəetmədən çıxan avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü Əliəskər İbrahimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Mehriban İbrahimova isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti