Xəzər Xəbər

İbtidai siniflərin dərslikləri şagirdlər üçün çətinlik yaradır VİDEO

Veb TV | 21:28 • 3 İyul 2024
İbtidai siniflərin dərslikləri şagirdlər üçün çətinlik yaradır

İbtidai sinif şagirləri üçün nəzərdə tutulan dərsliklərdə çoxsaylı qəliz sözlər var.

Xezerxeber.az-ın məlumatına görə, dərsliklərdəki akademik sözlər, qarışıq terminlər, qəliz düsturlar və riyazi hesablamalar şagirdləri çətin vəziyyətə salır.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər özləri belə başa düşmürlər. Ekspert bildirir ki, dərsliklərin qəliz olması səbəbindən bəzi valideynlər məcburən övladlarına repititor tuturlar.

Xatırladaq ki, ötən günlərdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də ibtidai sinifdə verilən bir sıra anlayışların çox qəliz olduğunu diqqətə çatdırmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti