Xəzər Xəbər

Cəlilabad və Ağstafada tarixi abidələr aşkarlanıb VİDEO

Veb TV | 19:50 • 3 İyul 2024
Cəlilabad və Ağstafada tarixi abidələr aşkarlanıb

Cəlilabad rayonunda 3 ildir ki, araşdırılan qədim yaşayış məskəni Paşatapə abidəsində ilk dəfə olaraq qədim kənd izləri aşkarlanıb. Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra olunması üçün xüsusi yerlər də üzə çıxıb.

Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində ilk qazıntılara 2022-ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı hər mövsüm olduğu kimi, bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb. Bu il ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb. Bu kəndin əsas özəlliklərindən biri evlərin çiy kərpicdən inşa olunmasıdır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, ərazidə çoxsaylı yaşayış evlərinin qalıqlarının üzə çıxması burada bir məhəllənin olduğunu deməyə əsas verir. 

Ağstafa rayonundakı Tava Təpə abidəsində isə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri aparır. 3500 illik yaşı olan "Tava Təpə" abidəsində aparılan qazıntı işlərinin nəticəsində Qafqazda ilk olan ritual ibadətgah yeri tapılıb. Abidə unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqət çəkir. Strateji əhəmiyyəti olan abidənin Kür çayına yaxın olması bura insanların daha çox gəliş gedişi üçün bir növ səbəblərdən biri olub.  

Tədqiqat zamanı ərazidə aşkar olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata keçirilir. Analiz üçün nümunələr götürülərək İtaliyada qabaqcıl loaboratoriyalara göndərilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti