Xəzər Xəbər

Sumqayıtda Xəzər bağlarında qanunsuz tikilən hasarlar sökülüb VİDEO

Veb TV | 09:59 • 3 İyul 2024
Sumqayıtda Xəzər bağlarında qanunsuz tikilən hasarlar sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xezerxeber.az-ın FHN-in saytına istinadən xəbər verir ki, bu çərçivədə, Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlama işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilən hasarlar sökülüb.

Xəbər lenti

Çox oxunanlar