Daşkəsən rayonu ərazisindən axan çaydan sel keçir.
Xezerxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 2-də 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.