Xəzər Xəbər

Elektrik mühərrikli maşınlara tələb artacaq VİDEO

Veb TV | 20:57 • 2 İyul 2024
Elektrik mühərrikli maşınlara tələb artacaq

Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalıb, amma dizel mühərrikli maşınların sayı artır.

Xezerxeber.az-ın məlumatına görə, Statistik məlumatlara görə, 2021-ci ildə ölkəyə 50,6 min, 2022-ci ildə 35,1 min, 2023-cü ildə isə 38,7 min benzin mühərrikli avtomobil idxal olunub. Dizel mühərrikli avtomobillərdə isə bu rəqəm müvafiq olaraq 21,4 min, 21,8 min, 32,1 min ədəd olub.  Ekpertlərin sözlərinə görə, dünya ölkələrində elektrik mühərrikli və hibrid avtomobillərə keçid baş verdiyi müddətdə ölkəmizdə dizel avtomobillərə tələbat daha çoxdur. Bu isə ənənəvi avtomobillərin qiymətilə əlaqələndirilir.

Ekspert İlqar Hüseynlinin sözlərinə görə, yaxın gələcəkdə bu statistika dəyişəcək.

İlqar Hüseynli hesab edir ki, bir neçə gün əvvəl yanacağın qiymətinin dəyişməsi ilə bağlı verilən qərar dizel və benzin yanacaqlı maşınlara tələbatı azladacaq.

Qeyd edək ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin də sayında artım müşahidə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar