Xəzər Xəbər

Hotellərdən mənzil alanların sayı artıb QİYMƏT FANTASTİKDİR

Veb TV | 20:24 • 2 İyul 2024
Hotellərdən mənzil alanların sayı artıb

Azərbaycanda son illər hotellərdən mənzil alanların sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, bəzi hotellər sonuncu mərtəbələrdəki otaqları mənzil kimi satışa çıxarır. Oteldən otaq alan şəxs ömürlük mənzil sahibi olur. Hotellərdə 1,8 milyon manata ikiotaqlı, 2,5 milyon manata isə üçotaqlı mənzil satılır.

Əmlak eksperti deyib ki, bu tendensiya nəinki Bakıda, hətta bölgələrdə də geniş yayılıb.

Onun sözlərinə görə, investorlar hotellərdəki mənzilləri əmlak sahibləri üçün kredit şərtləri ilə satışa çıxarırlar.

Ekspertlər bildirir ki, Azərbaycanda daşınmaz əmlak hər il ortalama 10 faiz dəyər qazanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar