Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına qəbul başlayır VİDEO

Veb TV | 19:51 • 2 İyul 2024
Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Gələn həftədən məktəbəhazırlıq qruplarına qəbul başlayır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, qeydiyyat elektron sistem üzərindən həyata keçiriləcək.

Eşqi Bağırov həmçinin bildirib ki, bu günədək məktəbəqədər təhsil müəssisələrində çalışan 350-ə yaxın tərbiyəçi müəllim mərkəzləşdirilmiş qaydada imtahanla işə qəbul olunub. Eyni zamanda bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər. 

Agentlik direktoru, eyni zamanda Regional Təhsil İdarələrinin, təhsil müəssisələrinin rəhbərlərinə də  xəbərdarlıq edib.

Bu arada müəllimlərin işə qəbulu  üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar