Xəzər Xəbər

Şabran, Ucar və Kürdəmirdə ağır yol qəzaları baş verib VİDEO

Veb TV | 21:28 • 1 İyul 2024
Şabran, Ucar və Kürdəmirdə ağır yol qəzaları baş verib

Bu gün səhər saatlarında Bakı-Quba-  avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Avtomobilin yük maşını ilə toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, yol qəzasında Dövlət Gömrük Komitəsinin bir əməkdaşı ölüb, digər əməkdaşları xəsarət alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, qurumun əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə gedərkən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 30 yaşlı Vahid Əmirli dünyasını dəyişib, 3 nəfər isə xəstəxanaya çatdırılıb.

Ucarda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu gün günorta saatlarında Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb, daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində  ölüb. Onun  sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.  Hadisə nəticəsində Şəmkir rayon sakinləri  

olan 3 uşaq xəstəxaya yerləşdiriliblər.

Kürdəmirdə isə  avtomobil qoyun sürüsünə çırpılıb. Hadisə Muğanlı kəndində qeydə alınıb. Minik maşını Qazax istiqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub. Hadisə zamanı həmçinin çoban, 52 yaşlı Şamil Quliyev ağır bədən xəsarətləri alıb. O,  Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar