Xəzər Xəbər

İsmayıllıda selin fəsadları aradan qaldırılır VİDEO

Veb TV | 21:15 • 30 İyun 2024
İsmayıllıda selin fəsadları aradan qaldırılır

İsmayıllının Qoydan kəndində təhlükəli evlərin sakinlərinin köçürülməsi ilə bağlı qərar verilib.

Xezerxeber.az xəbər verir ki, intensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsinə başlanıb.

Əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Bundan əlavə kənddəki sürüşmə zonası da nəzarətdə saxlanılır.

Tədbirlərin görülməsi üçün planlar hazırlanacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar