Xəzər Xəbər

Evakuatorun daşıdığı nəqliyyat vasitəsi ilə qəza etməsi yüklərin sığortalanmasını gündəmə gətirib VİDEO

Veb TV | 21:50 • 29 İyun 2024
Evakuatorun daşıdığı nəqliyyat vasitəsi ilə qəza etməsi yüklərin sığortalanmasını gündəmə gətirib

Səhər saatlarında paytaxtda üzərində ağır texnika daşıyam yük maşını qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, nəticədə dəyəri kifayət qədər olan asfalt frezləyən texnika yola aşıb.

Həm texnikaya, həm də yol təsərrüfatına ziyan dəyib. Bu fakt bir daha ölkədaxili daşınan yüklərin sığorta məsələsini aktuallaşdırıb.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, yükdaşıma sığortası ölkədə elə də populyar deyil. Baxmayaraq ki, bu sığorta məhsulu beynəlxalq praktikada ən çox istifadə edilənlər siyahısındadır.

Yük sığortasının qiymətləri də elə baha hesab edilmir. Yükün növündən asılı olaraq əksər vaxtlarda cüzi məbləğ ödəməklə risklərdən sığortalanmaq mümkündür.

Yük sığortası təkcə daşınan yükləri deyil, zərər vurula biləcək digər obyektləri də sığortalaya bilər. Xüsusilə də əgər, daşıma zamanı yol təsərrüfatına zərər dəyirsə, müqavilə şərtlərindən asılı olaraq bu zərəri də sığorta şirkətinin qarşılaması mümkündür.

Mütəxəssislər bildirirlər ki, könüllü növ olsa da, yükdaşıma sığortası ciddiyə alınmalıdır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti