Xəzər Xəbər

Biləsuvarda fəhlələrin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:12 • 29 İyun 2024
Biləsuvarda fəhlələrin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜATLAR

Mikroavtobusun minik avtomobili ilə toqquşması 12 nəfərin xəsarət alması ilə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, ağır qəza Biləsuvarda, Mübariz İbrahimov küçəsində baş verib. Təsərrüfat sahəsində çalışan fəhlələri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub. Mikroavtobusda olan işçilərdən 12 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Sumqayıtda baş verən qəzada isə piyada dünyasını dəyişib. Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. 49 yaşlı Oqtay Xəlilov idarə etdiyi avtomobillə yolu keçmək istəyən 33 yaşlı Aişən Qəribovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Şamaxıda isə qarpız daşıyan yük maşını dərəyə yuvarlanıb. Ağır qəza Şamaxı-Çöl Göylər-Padar yolunda baş verib. Kürdəmir sakini, 22 yaşlı İdris Həsənovun idarə etdiyi yük avtomobili Şamaxı istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Daha sonra isə 200 metr dərinlikdəki dərəyə yuvarlanıb. Sürücü və avtomoildə olan sərnişin, 55 yaşalı Elman  Yusifov müxtəlif bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişinin vəziyyəti ağır qiymətləndirilir.

Avtomobildə olan 2 ton qarpız da yararsız vəziyyətə düşüb.

Gəncədə də qəza baş verib. Nizami Gəncəvi prospekti ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən dairəvi yolda 2 minik  avtomobili toqquşub. Sürücülərdən biri xəsarət alıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti