Xəzər Xəbər

Azərbaycan polisi - Sabitlik və asayişin keşikçisi VİDEO

Veb TV | 23:00 • 29 İyun 2024
Azərbaycan polisi - Sabitlik və asayişin keşikçisi

Azərbaycan polisi sözün əsl mənasında fədəkarlıq nümunəsi göstərir. Polisin fədəkarlığı dünən də olub, bu gün də davam edir.

Xezerxeber.az-ın xəbərinə görə, Qarabağ qazisi, QHT rəhbəri Rey Kərimoğlu deyir ki, hələ birinci qarabağ hadisələri zamanı Azərbaycan polisi düşmənə böyük müqavimət göstərirdi. Bunun nəticəsidir ki, həmin vaxt xeyli sayda polis əməkdaşı qəhrəmancasına şəhid olub.

Rey Kərimoğlu deyir ki, polisin həmin qətiyyəti bu gün də davam edir. İndi polislər əvvəlkindən də daha çox özlərini riskə atırlar. Bir neçə gün əvvəl baş verən hadisə, yəni 3 polisin qətlə yetirilməsi bunu bir daha sübut etdi. Polislər cinayətkarın ailə üzvlərinə xətər yetirməmək üçün öz həyatlarını riskə atdılar.

Ümumilikdə polislər daim quldur, oğru və cinayətkar qruplarla mübarizə aparırlar. Əsas məqsəd ölkədə sabitlik və asayişin qorunmasıdır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti