Xəzər Xəbər

Azərbaycanda növbədənkənar parlament seçkilərinə rəsmən start verildi VİDEO

Veb TV | 22:00 • 29 İyun 2024
Azərbaycanda növbədənkənar parlament seçkilərinə rəsmən start verildi

Xəbər verdiyimiz kimi, MSK növbədənkənar parlament seçkilərinə rəsmən start verib.

Deputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsi iyulun 13-dən başlayaraq  avqustun 2-si saat 18:00-dək  davam edəcək.

Seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

Sədr Məzahir Pənahov bildirib ki, Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq, və seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək.

Bu arada avqustun 22-dək parlament seçkiləri ilə əlaqədar Azərbaycanın bütün seçki dairələrində müşahidələrin aparılması üçün müraciətlər qəbul ediləcək.

O cümlədən beynəlxalq təşkilatlar da dəvət ediləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti