Xəzər Xəbər

Qatarla səfər etmək istəyən sərnişinlər üçün tətbiq edilən yeni qaydalar nədən ibarətdir? VİDEO

Veb TV | 21:35 • 29 İyun 2024
Qatarla səfər etmək istəyən sərnişinlər üçün tətbiq edilən yeni qaydalar nədən ibarətdir?

5  dəqiqə əvvəl minik dayandrılacaq, üzərində şəxsiyyət vəsiqəsi olmayanlar qatara buraxılmayacaq...

Xezerxeber.az xəbər verir ki, vağzallarda sərnişinlərlə bağlı qaydalara dəyişikliklər edilir.

Həmçinin, təhlükəsizlik məqsədilə  sərnişinləri yola  salan şəxslərin platformalara keçidi qadağan olunacaq. Səfər zamanı üzərində şəxsiyyəti təsdiq edən sənədin əsli olmayan və ya sənədinin vaxtı bitmiş sərnişinlərin  isə qatara buraxılmasına icazə verilməyəcək

Eyni zamanda bilet almış sərnişin səfər tarixinədək hər hansı səbəbdən şəxsiyyəti təsdiq edən sənədini yeniləyərsə əvəzində şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi vəsiqə, 16 yaşına qədər uşaqlara isə doğum haqqinda şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etməklə səfər edə biləcəklər.

Yeni təyin olunmuş qaydalar isə iyulun 20-dən etibarən tətbiq olunacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti